ZİKONUN KOMANDASI OYUN SATDI, 15 XALI SİLİNDİ

ZİKONUN KOMANDASI OYUN SATDI, 15 XALI SİLİNDİ
Futbol
08 May 2016 - 09:47
Supersport.Az-ın məlumatına görə, braziliyalı mütəxəssisin komandasına qarşı sərt cəza verilib.

Artur Zikonun çalışdırdığı Hindistanın FC "Goa" klubu danışılmış oyunun iştirakçısı olmaqda günahlandırılaraq, 15 xalı silinib, 1.4 milyon avro cərimələnib.

Məsələ burasındadır ki, ötən ilin 20 dekabrında Superliqanın həlledici qarşılaşmasında FC "Goa" hesabda irəli olduğu halda, son dəqiqələrdə iki qol buraxaraq FC "Chennaiyin" klubuna məğlub olub - 2:3.

Final oyununun ardından Ziko mətbuat konfransına, komandası isə kubok mərasiminə qatılmamışdı. Buna görə kluba 1.4 milyon avro cərimə kəsilib.

FC "Goa"nın sahibi Dattaray Salqaokar 3 il müddətinə cəzalanıb.

 

Digər xəbərlər