QURBAN QURBANOV: "ONLARIN FİNALDA OLMASI BİZİM ÜÇÜN SİQNALDIR"

QURBAN QURBANOV: "ONLARIN FİNALDA OLMASI BİZİM ÜÇÜN SİQNALDIR"
Futbol
07 May 2016 - 22:01
Supersport.Az-ın məlumatına görə. Premyer Liqanın XXXIII turunda "Sumqayıt"ı məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

"Qələbə seriyamızı sona qədər davam etdirməyə çalışacağıq. Ola bilər ki, oyun istədiyimiz kimi alınmadı. "Sumqayıt" yaxşı futbol nümayiş etdirdi, oyuna çox yaxşı hazırlaşdıqları hiss olunurdu. Çox qol vurmaq istəsək də, rəqib buna imkan vermədi. Futbolçularımda çempionluqdan sonra arxayınlıq görmədim. Komandamı qələbə münasibətiylə təbrik edirəm. Çalışacıq ki, bu ritmi sona qədər qoruyub saxlayaq".

Təcrübəli mütəxəssis, kubok oyunun finalının harada keçiriləcəyi barədə verilən sualı belə cavablandırıb:

"Kubok fərqli turnirdir. "Neftçi” yaxşı rəqibdir. Onların finalda olması bizim üçün siqnaldır. Bizim üçün vacib olanı meydançanın yaxşı vəziyyətdə olmasıdır. PFL hansı qərar qəbul etsə, hörmətlə yanaşacağıq".

Digər xəbərlər