OLİMPİADAYA VƏSİQƏ VERƏN SON DÜNYA TƏSNİFAT TURNİRİNDƏ İKİNCİ GÜN

OLİMPİADAYA VƏSİQƏ VERƏN SON DÜNYA TƏSNİFAT TURNİRİNDƏ İKİNCİ GÜN
Digər, Güləş
07 May 2016 - 15:20
Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir. Supersport.Az yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edir. İlk yarış günündə 66 kq çəkidə yunan-Roma güləşçimiz Rəsul Çunayev Rio Olimpiadasına vəsiqə qazanıb.

İkinci yarış günündə qadın güləşçilər mübarizə aparır.

63 kq
1/8 final - Elis Manolova - Monika Eva Mixalik (POL) 0:4

75 kq
1/8 final - Kiran Kiran (İND) - Gözəl Zutova 0:2 (tuşe)
1/4 final - Gözəl Zutova - Burmaa Oçirbat (MGL) 4:0 (tuşe)
1/2 final - Maria Selmaier (GER) - Gözəl Zutova (B xalçası)

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür.

https://unitedworldwrestling.org/event/2nd-og-world-qualifying-tournament

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 5, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.

Digər xəbərlər