"QARABAĞ" 12 PİLLƏ İRƏLİLƏDİ

"QARABAĞ" 12 PİLLƏ İRƏLİLƏDİ
Futbol
07 May 2016 - 15:02



Avropa klublarının aprel ayı üçün reytinq siyahısı açıqlanıb. Supersport.Az saytının məlumatına görə, Avropa ölkələrində yüksək liqa komandalarının hamısının yer aldığı cədvəldə Premyer Liqanın 10 iştirakçısı da var.

708 klubun adının olduğu siyahıda ən yüksək göstəriciyə malik Azərbaycan komandası yenə “Qarabağ”dı. Son aylar irəliləməkdə olan ağdamlılar bu dəfə 12 pilləlik sıçrayış ediblər. Qurban Qurbanovun kollektivi bunun sayəsində ikinci “100-lüy” ə daxil olub.

Komandalarımızdan 5-i reytinqdə irəliləyib. “Qarabağ”la yanaşı, “Qəbələ”, “Zirə”, “Kəpəz” və “Rəvan” da irəliləyişə nail olub. AZAL ötən aykı mövqeyini qoruyubsa, “İnter”, “Neftçi”, “Sumqayıt” və “Xəzər Lənkəran”da geriləmə müşahidə olunub.

 Premyer Liqadakı klublar:

200 (212) “Qarabağ” – 1952 xal (+36)

294 (291) “İnter” – 1623 (-21)

339 (345) “Qəbələ” – 1508 (+6)

376 (370) “Neftçi” – 1406 (-23)

390 (390) AZAL – 1358 (-2)

399 (408) “Zirə” – 1332 (+36)

419 (423) “Kəpəz” – 1270 (+23)

449 (441) “Sumqayıt” – 1182 (-30)

495 (478) “Xəzər Lənkəran” – 1060 (-53)

529 (535) “Rəvan” – 955 (+29)

 

Siyahıya yenə “Barselona” başçılıq edir. Kataloniyalılar bir ay ərzində 148 reytinq xalı itirmələrinə baxmayaraq, hələ də zirvəni heç kimə verməyiblər. “Real”, “Bavariya” və “Atletiko” bu dəfə də müvafiq olaraq, 2-4-cü pillələrdə qərarlaşıblar.

 

İlk “10-luq”da PSJ ilə “Yuventus” yerlərini dəyişiblər. “Mançester Siti” 2 pillə geriləyərək 10-yerdə qərar tutub. Avropa Liqasının finalına vəsiqə qazanan “Sevilya” ilk “10-luğ”u tərk edib. Onun əvəzinə bura “Benfika” daxil olub.

 

İlk “onluq”:

1. “Barselona” (İspaniya) – 4418 xal

2. “Real” (İspaniya) – 4380

3. “Bavariya” (Almaniya) – 4077

4. “Atletiko” (İspaniya) – 4002

5. “Yuventus” (İtaliya) – 3825

6. PSJ (Fransa) – 3795

7. “Borussiya” (Dortmund, Almaniya) – 3573

8. “Mançester Siti” (İngiltərə) – 3406

9. “Arsenal” (İngiltərə) – 3329

10. “Benfika” (Portuqaliya) - 3320

Digər xəbərlər