"XƏZƏR LƏNKƏRAN"IN KEÇMİŞ MƏŞQÇİSİNİN KOMANDASINDA ÖLÜM - VİDEO

"XƏZƏR LƏNKƏRAN"IN KEÇMİŞ MƏŞQÇİSİNİN KOMANDASINDA ÖLÜM - VİDEO
Futbol, Video
07 May 2016 - 13:12
Supersport.Az-ın məlumatına görə, daha bir futbolçu meydanda ölüb.

"Viitorul Constanta" ilə oyunda "Dinamo" Buxarest klubunun üzvü Patrik Ekenq həyatını itirib.

Meydana daxil olduqdan 6 dəqiqə sonra ürəyində problem olan 26 yaşlı kamerunlu futbolçu qəflətən yerə yıxılıb.

Oyunu hakimin dayandırmasının ardından həkimlər ilk yardım edib və sonra Patrik Ekenq xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Buxarest "Dinamo"sunun hazırki baş məşqçisi Mirça Rednikdir. Rumın mütəxəssis, əvvəllər "Xəzər Lənkəran"ı çalışdırıb.    

Digər xəbərlər