"XALQIMIZ QARŞISINDA MƏĞLUB OLA BİLMƏZDİM" - VİDEO

"XALQIMIZ QARŞISINDA MƏĞLUB OLA BİLMƏZDİM" - VİDEO
Digər, Cüdo, Video
07 May 2016 - 03:45
Supersport.Az Bakıda cüdo üzrə "Böyük dəbilqə" yarışının ilk günündə ölkəmizə medal qazandıran Tərlan Kərimovun açıqlamasını təqdim edir.


Bürünc mükafata sahib çıxan idmançımız bildirib ki, son qarşılaşmada qələbə qazanmaq çox çətin olub.

"Doğma divarlar arasında məsuliyyət daha da artır. Xalqımız qarşısında məğlub ola bilməzdim. Buna görə də üzərimdə çox təzyiq var idi, tatamini başıaşağı tərk edəcəyimdən ehtiyatlanırdım. Son vaxtlar uğur qazana bilmirdim. Buna baxmayaraq federasiya və azarkeşlərin dəstəyi sayəsində qalib gəlməyi bacardım. Sevincimin həddi-hüdudu yoxdur. Əsas məqsəd Olimpiadaya vəsiqə qazanmaqdır" - deyə, cüdoçu vurğulayıb.

Süleyman Kərimov

Digər xəbərlər