AZƏRBAYCAN KUBOKUNDA İLKLƏRLƏ ZƏNGİN FİNAL

AZƏRBAYCAN KUBOKUNDA İLKLƏRLƏ ZƏNGİN FİNAL
Futbol
06 May 2016 - 10:37






Azərbaycan Kubokunun 2015/16 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları həlledici qarşılaşmanın iştirakçılarını müəyyənləşdirib. Mayın 25-də baş tutacaq finalda “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Sonuncular “Qəbələ”ni hər iki oyunu 1:1 hesabı ilə başa çatan duelin penaltilər seriyasında məğlub edib – 4:3. Ağdam klubu isə “İnter”i hər iki matçda üstələyib – 4:0, 1:0.

Bununla da Azərbaycan kubokunda ilk dəfə ardıcıl 2 il eyni klublar finalda çıxış edəcək. 2014/15 mövsümünün həlledici qarşılaşmasında “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən “Qarabağ” 2-ci “Qızıl dubl”unu rəsmiləşdirmək, “Neftçi” növbəti titulunu əldə etməyə çalışacaq. Bunadək yarışın 24 illik tarixində heç vaxt eyni cüt iki dəfə ardıcıl kubok mübarizəsinə çıxmamışdı.

Bu iki komanda 1995/96 mövsümündə də finalda üz-üzə gəlib. “Neftçi”nin 3:0 hesabı ilə qalib gəldiyi həmin matçı da nəzərə alsaq, rəqiblər 3-cü dəfə finalda qarşılaşacaq. Belə hal da ilk dəfə qeydə alınacaq. Çünki indiyədək Azərbaycan kubokunda heç bir cüt finalda 3 dəfə üz-üzə gəlməyib. Hərəyə 1 dəfə qalib gələn “Qarabağ”la “Neftçi” kimi “Kəpəz” – “Qarabağ” (1997/98, 1999/2000), “Neftçi” – “Şəmkir” (1998/99, 2003/04) və  “Xəzər Lənkəran” – “İnter” (2007/08, 2010/11) cütləri də 2 dəfə qarşılaşıb. Amma sonuncu 3 cütün hər birində eyni komanda – adı birinci göstərilən hər iki finalda rəqibindən güclü olub.

Daha bir ilkə “Neftçi” imza atıb. Son 4 mövsümdə 2 kubok qazanıb, 2 dəfə finalda məğlub olan “ağ-qaralar” ardıcıl 5-cu dəfə yarımfinalı uğurla adlayıb. “Neftçi”dən başqa yalnız 3 komanda ən azı 2 dəfə ardıcıl final oynamışdı ki, “Kəpəz”, “İnter” və “Xəzər Lənkəran”dan heç biri seriyasını 3-ə çatdıra bilməmişdi. “Qarabağ” da ardıcıl 2-ci dəfə bunu reallaşdıraraq 3 komandaya çatıb.

Ümumilikdə isə ən çox final oynayan “Neftçi” 10-cu dəfə bu hüququ qazanıb. Bu göstəricidə 2-ci olan “Qarabağ” isə 8-ci dəfə həlledici matçda oynayacaq. Kubok sayında bakılılar 6, ağdamlılar 4 mükafata yiyələnib (pfl.az).

 





















































































































































mövsümqalibfinalçıhesab
1992“İnşaatçı” (Bakı)“Kür” (Mingəçevir)2:1, əlavə vaxtda
1993“Qarabağ” (Ağdam)“İnşaatçı” (Sabirabad)1:0, əlavə vaxtda
1993/94“Kəpəz” (Gəncə)“Xəzər” (Lənkəran)2:0
1994/95“Neftçi” (Bakı)“Kür” (Mingəçevir)1:0
1995/96“Neftçi” (Bakı)“Qarabağ” (Ağdam)3:0
1996/97“Kəpəz” (Gəncə)“Xəzri” (Bakı)1:0
1997/98“Kəpəz” (Gəncə)“Qarabağ” (Ağdam)2:0
1998/99“Neftçi” (Bakı)“Şəmkir”0:0, pen. 5:3
1999/2000“Kəpəz” (Gəncə)“Qarabağ” (Ağdam)2:1
2000/01“Şəfa” (Bakı)“Neftçi” (Bakı)2:1
2001/02

yarımçıq qalıb


2002/03

Keçirilməyib


2003/04“Neftçi” (Bakı)“Şəmkir”1:0, əlavə vaxtda
2004/05“Bakı”“İnter” (Bakı)2:1, əlavə vaxtda
2005/06“Qarabağ” (Ağdam)“Karvan” (Yevlax)2:1
2006/07“Xəzər Lənkəran”“MKT-Araz” (İmişli)1:0
2007/08“Xəzər Lənkəran”“İnter” (Bakı)2:0, əlavə vaxtda
2008/09"Qarabağ" (Ağdam)"İnter" Bakı1:0
 2009/10 “Bakı” “Xəzər Lənkəran”2:1, əlavə vaxtda
2010/11 “Xəzər Lənkəran”“İnter” (Bakı)1:1, pen 4:2
2011/12 “Bakı”“Neftçi” (Bakı)2:0
2012/13“Neftçi” (Bakı) “Xəzər Lənkəran”0:0, pen 5:3
2013/14“Neftçi” (Bakı)"Qəbələ"1:1, pen.2:3
2014/15"Qarabağ" Ağdam“Neftçi” (Bakı)3:1


- See more at: http://www.pfl.az/news/5629/#sthash.Nm7EBBlh.dpuf

Digər xəbərlər