"NEFTÇİ" İLƏ OYUN ƏRƏFƏSİNDƏ AZAL-DA PROBLEM

"NEFTÇİ" İLƏ OYUN ƏRƏFƏSİNDƏ AZAL-DA PROBLEM
Futbol
05 May 2016 - 12:07
Mayın 7-də "Neftçi" ilə oyuna çıxacaq AZAL-da yenə də heyətlə bağlı problem yaranıb. Seymur Əsədov, Taqim Novruzov, Kamal Mirzəyev kimi aparıcı oyunçuların xidmətindən yararlana bilməyən baş məşqçi Tərlan Əhmədov indi də Muradın yerini doldurmalıdır. Belə ki, "İnter"lə oyundan əvvəl məşqdə əzələsini dartan yarımmüdafiəçi hələ də həkim nəzarətində müalicə olunur. Klub həkimlərinin rəyinə əsasən Muradın ən azı 10 gün məşqlərdən kənarda qalacagı gözlənilir.

Digər xəbərlər