"NEFTÇİ"NİN BƏXTİ GƏTİRDİ"

"NEFTÇİ"NİN BƏXTİ GƏTİRDİ"
Futbol
05 May 2016 - 11:54
Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qəbələ" səddini keçən "Neftçi"nin baş məşqçisi Vəli Qasımov cavab oyununu dəyərləndirib:

"Çox çətin oyun oldu. Qısa müddətdə "Qəbələ” ilə üç dəfə qarşılaşdıq və heç birində məğlub olmadıq. Açığı, penalti seriyası haqda düşünmürdük. Hər şeyin 90 dəqiqə ərzində həll olunacağını gözləyirdim, amma penaltilərdə bəxt daha çox bizim tərəfimizdə oldu. Prinsipcə, penalti seriyasında uğura həmişə ehtiyac olur. Futbolçulara minnətdaram, vuruşdular. Bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür eləyirəm".

Xatırladaq ki, "Qəbələ" ilə hər iki yarımfinal oyununda heç-heçə oynayan (1:1) "Neftçi" penalti seriyasını qalib başa vuraraq ardıcıl 5-ci dəfə ölkə kubokunun finalına vəsiqə qazanıb.

Digər xəbərlər