BÖYÜK DƏBİLQƏ ÖNCƏSİ MƏTBUAT KONFRANSI

BÖYÜK DƏBİLQƏ ÖNCƏSİ MƏTBUAT KONFRANSI
Digər, Cüdo
04 May 2016 - 19:10
Xəbər verdiyimiz kimi, mayın 6-8-də Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri keçiriləcək. Supersport.Az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışda 82 ölkədən 519 idmançı (329 kişi, 190 qadın) qalib adı uğrunda mübarizə aparacaq.

Mayın 5-də saat 15:00-da “Hyatt Regency” otelinin Quba zalında turnirə həsr olunmuş mətbuat konfransı təşkil olunacaq. Tədbirdə Beynəlxaql Cüdo Federasiyasının və Azərbaycan Cüdo federasiyasının rəsmiləri iştirak edəcəklər.

Bütün media nümayəndələri mətbuat konfransına dəvətlidirlər.

Digər xəbərlər