"SÜRPRİZ ÇEMPİONLUQ 20 İLDƏ BİR OLUR"

"SÜRPRİZ ÇEMPİONLUQ 20 İLDƏ BİR OLUR"
Futbol
04 May 2016 - 16:33
"ULDUZ FUTBOLÇU İSTƏMİRƏM"

 

Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının qalibi "Lester Siti"nin baş məşqçisi Klaudio Ranyeri maraqlı açıqlama verib.

Təcrübəli mütəxəssis bildirib ki, aşağı büdcə ilə uğur qazanmaq böyük nəticədir.

Onun fikrincə, sürpriz çempionluq 20 ildə bir dəfə baş verir:

"Böyük pullar sayəsində güclü klublar formalaşır. Belə komandalar çox vaxt uğur qazanır, 99 faiz".

İngiltərədə "Nottingem Forest"in 1978, "Bləkbörn Rovers"in 1995-ci ildə çempionluğunu xatırladan italiyalı mütəxəssis bu haqda belə deyib:

"Sürpriz çempionluqlar 20 ildə bir olur. Gələn mövsüm, hətta 10 və ya 20 ildə də belə olacaq. Köklü komandalar birinci yeri tutacaq".

Çempionlar Liqasında mübarizə aparacaq komandanın baş məşqçisi Ranyeri hazırki heyəti qorumağın vacibliyini qeyd edib:

"Ulduzlara deyil, öz futbolçularımıza ehtiyacımız var. Heyəti doğru oyunçularla qurmaq istəyirəm".

Mütəxəssis yeni mövsümdə güclənəcəklərini söyləyib: "

Beş, altı, yeddi və ya səkkiz oyunçu gətirə bilərik. Ancaq bu haqda danışmaq tezdir. Hələ ki, komandamızın oyunçularıyla davam etmək istəyindəyəm".

Böyük klublara transfer olmaq istəyən oyunçulara qalmağı məsləhət görəcəyini deyən 64 yaşlı Ranyeri, fikrini belə tamamlayıb:

"Bir futbolcu getmək istədiyini söyləsə, onu saxlamağa çalışacağam. Fantastik bir klubda olduğumuzu, çempionluq yaşadığımızı və qarşıdakı illərdə gözəl nəticələr qazana biləcəyimizi deyəcəm. Getdikləri təqdirdə, gələcəklərinin naməlum olacağını, burada qalmaları halında isə "kral" olaraq davam edəcəklərini xatırladacağım".

Digər xəbərlər