QVARDİOLA AYRILMAĞA QƏRAR VERDİ: "ATLETİKO" FİNALA LAYİQDİR"

QVARDİOLA AYRILMAĞA QƏRAR VERDİ: "ATLETİKO" FİNALA LAYİQDİR"
Futbol
04 May 2016 - 15:38
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında "Atletiko" ilə dünən keçirilən matçdan sonra "Bayern"in baş məşqçisi Xosep Qvardiola açıqlama verib.

İspaniyalı mütəxəssis rəqibin finala layiq olduğunu bildirib:

"Əvvəla, bunu bacardığına görə "Atletiko"nu təbrik edirəm. Mən komandamla fəxr edirəm. Çox yaxşı oynadıq. Azarkeşlərimiz də yanımızda idi. Belə bir oyundan sonra yalnız qürurlanmaq olar. Rəqib mükəmməl idi. "Atletiko" finalda olmağa layiqdir. Artıq mən burada olmayacağam. Ümid edirəm ki, Karlo Ançelotti ilə növbəti mövsüm bu nəticə daha da yaxşılaşacaq. Mən sadəcə ən yaxşısını arzu edirəm".

Digər xəbərlər