AVROPA ÇEMPİONUMUZ DÜNYA REYTİNQİNDƏ LİDERDİR

AVROPA ÇEMPİONUMUZ DÜNYA REYTİNQİNDƏ LİDERDİR
Maqazin
04 May 2016 - 14:09
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Avropa çempionatında uğur qazanan millimizin üzvləri mövqelərini bir qədər də möhkəmləndirib.

Qitə çempionu Rüstəm Orucov (73 kq) öz çəkisində yenə ilk pillədədir.

Elmar Qasımov Kazanda keçirilən yarışda mükafat qazanmasa da, liderliyini qoruya bilib. 100 kq. çəki dərəcəsində yığmamızın digər üzvü Elxan Məmmədov 21-cidir.

Avropa çempionatının gümüş mükafatçısı Orxan Səfərov yeni reytinqdə 4-cü, 60 kq-da İlqar Müşkiyev 14-cü pillədədir, 66 kiloqramdakı tatami ustalarımızdan Nicat Şıxəlizadə 10-cu, Tərlan Kərimov 42-ci yerdə qərarlaşıb. 81 kq-da Abdulhaqq Rəsullu 60-cı, 90 kq da Məmmədəli Mehdiyev 28-ci, 100 və yuxarı çəkidə Uşanqi Kokauri 31-ci olub.

Qadınlarda isə 48 kq-da yarışan Aişə Qurbanlı 45-ci pillədədir. Siyahıya əsasən, kişilərdən ibarət yığmamızın Rioya tam heyətlə yollanması üçün Abdulhaqq Rəsullu qarşıdakı turnirlərdə maksimum xal toplamalıdır.

Xatırladaq ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.

Digər xəbərlər