"ATLETİKO" FİNALA BELƏ VƏSİQƏ QAZANDI - VİDEO

"ATLETİKO" FİNALA BELƏ VƏSİQƏ QAZANDI - VİDEO
Futbol, Video
04 May 2016 - 06:53
Çempionlar Liqasının ilk finalçısının adına aydınlıq gəlib.


Supersport.Az  xəbər verir ki, bu Madridin "Atletiko” komandasıdır. Dieqo Simeonenin komandası yarımfinal mərhələsində Almaniyanın "Bavariya” klubunu üstələyərək final mərhələsinə vəsiqə qazanıb.  Belə ki, yarımfinalın bu gün baş tutan qarşılamasında "Bavariya” 2-1 hesabı qələbə qazanıb. Lakin qazanılan qələbə final üçün yetərli olmayıb. 1 həftə öncə baş tutan ilk qarşılaşmada 1-0 hesabı ilə qalib gələn Simeonenin komandası bu gün səfərdə vurduğu 1 qol sayəsində finala vəsiqəni təmin edib.


"Bavariya" - "Atletiko" 2:1

Qollar: Xabi Alonso 31, Robert Levandovski 74 -  Antuan Qrizmann 54.

 

Digər xəbərlər