BU FUTBOLÇU "QARABAĞ"A ÇEMPİONLAR LİQASINDA KÖMƏK EDƏCƏK

BU FUTBOLÇU "QARABAĞ"A ÇEMPİONLAR LİQASINDA KÖMƏK EDƏCƏK
Futbol
04 May 2016 - 00:59
"Qarabağ"ın zədəli futbolçusu Rahid Əmirquliyev Almaniyaya yollanıb.

Supersport.Az-ın  məlumatına görə, yarımmüdafiəçi Münhendə müayinədən keçib. Həkimlər onun durumunun olduqca yaxşı olduğunu bildiriblər.

Bərpa dövrü qaydasında gedir. Futbolçu məşqlərə başlayacaq. Millimizin də şərəfini qoruyan təcrübəli oyunçu Çempionlar Liqasında "Qarabağ"a kömək edə biləcək.

Qeyd edək ki, "atlılar"a keçdikdən sonra 2 dəfə zədələnən Rahid Əmirquliyev Ağdam klubunun heyətində ümumilikdə 3 oyunda iştirak edib.

Digər xəbərlər