YAŞAMAQ ÜÇÜN MÖCÜZƏYƏ EHTİYACI VAR

YAŞAMAQ ÜÇÜN MÖCÜZƏYƏ EHTİYACI VAR
Formula-1
03 May 2016 - 17:20
Supersport.Az-ın məlumatına görə, "Formula-1"in unudulmaz siması Mixael Şumaxerlə bağlı açıqlama verilib.

Yeddiqat dünya çempionu, iki il yarım bundan əvvəl xizək sürərkən ciddi xəsarət alaraq komaya düşmüşdü. Bundan sonra əməliyyatlar aparılan pilot sağ qalsa da, iflic vəziyyətindədir, İsveçrədəki evində reabilitasiya keçirir.

ABŞ mətbuatının xəbərinə görə, Mixael Şumaxerin vəziyyəti yaxşılaşmaq əvəzinə, hər gün pisləşir.

Adı açıqlanmayan beyin cərrahı olan mütəxəssis bildirib ki, tanınmış pilotun yaşaması möcüzəyə qalıb:

"Şumaxerin vəziyyəti getdikcə ağırlaşır. Artıq yaşaması üçün möcüzəyə ehtiyacı var".

Digər xəbərlər