KOSOVAYA MÜJDƏ: UEFA-NIN 55-Cİ ÜZVÜ OLDU

KOSOVAYA MÜJDƏ: UEFA-NIN 55-Cİ ÜZVÜ OLDU
Futbol
03 May 2016 - 16:52


Supersport.Az-ın məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdə UEFA-nın fövləqadə konqresində Kosova üzvlüyə qəbul olunub.

Səsvermə zamanı 28 bəli, 24 xeyr cavabı və 2 bitərəflə bu ölkə qitə qurumunun 55-ci üzvü seçilib.

Avropanın ən gənc ölkələrindən olan Kosova 2008-ci ilin 17 fevralında müstəqilliyi elan etməsinin ardından Türkiyə, ABŞ, İngiltərə və Fransanın da olduğu 108 ölkə tərəfindən tanınmışdı.

Yuqoslaviyadan ayrılmasının ardından əksəriyyəti futbol klubu olmaqla dostluq oyunu keçirən Kosova, 2008-də FİFA-ya üzvlük üçün müraciət etsə də, mənfi cavab almışdı. Beynəlxalq qurum, müstəqil ölkə olaraq qəbul edilməməsi səbəbindən Kosovanın yoldaşlıq oyunları keçirməsinə də qadağa qoymuşdu. 22 may 2012-dək təkrar toplaşan FİFA İcraiyyə Komitəsi əvvəlki qərarını ləğv etmişdi. Buna görə Kosovanın bəzi milli komandalarla oyun keçirməsinə izn verilmişdi. 2014-də isə FİFA-ya üzv olan bütün ölkələrin komandalarıyla qarşılaşmaya çıxmaq qərarı qəbul olunmuşdu.


Digər xəbərlər