150 MİLYON FUNT-STERLİNQ QAZANC

150 MİLYON FUNT-STERLİNQ QAZANC
Futbol
03 May 2016 - 15:13
"Lester Siti" 132 illik tarixində ilk dəfə İngiltərə çempionu oldu.

Supersport.Az-ın xəbərinə görə, bu uğur klubun gəlirlərini artırıb.

İtaliyalı mütəxəssis Klaudio Ranyerinin komandası birinci pilləni tutduğuna görə 150 milyon funt-sterlinq (323 milyon manat) qazanıb. Bu vəsait klubun hesabına Çempionlar Liqasında iştirak, mükafatlar və bilet satışından daxil olacaq.

BBC-nin məlumatına görə, İngiltərə Premyer Liqasının bütün klublarına 54 milyon funt-sterlinq ödənilir. Çempion komanda əlavə olaraq 25 milyon funt-sterlinq qazanır.

"Lester Siti"nin taylandlı sahibi Vişay Şrivaddhanaprabha, əlcəzairli ulduz futbolçusu Riyad Mahres və italiyalı baş məşqçisi Klaudio Ranyerinin sayəsində bu ölkələrdə klubu izləyənlərin sayı rekord vurub. Vişayın ümumilikdə 2.9 milyard dolları var.

Klubun Facebook-dakı hesabı 54O faiz artımla 4 milyon 200 min nəfərə çatıb.

 

Digər xəbərlər