KAMRAN AĞAYEV CƏZALANDI

KAMRAN AĞAYEV CƏZALANDI
Futbol
03 May 2016 - 13:59
AFFA İntizam Komitəsi bir sıra qərarlar verib.


1 may  2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Premyer Liqanın XXXII turunun “İnter” – “Sumqayıt” matçının 27-ci dəqiqəsində “İnter” klubunun 1 №-li futbolçusu Kamran Ağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt” klubunun 5 №-li futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib.

Digər xəbərlər