CÜNEYT ÇAKIR DÜNYA FUTBOL TARİXİNƏ DÜŞDÜ

CÜNEYT ÇAKIR DÜNYA FUTBOL TARİXİNƏ DÜŞDÜ
Futbol
02 May 2016 - 21:13
Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” ilə “Atletiko” arasında keçiriləcək cavab matçının hakimləri açıqlanıb.

Supersport.Az xəbər verir ki, sabah Münhendə oynanılacaq qarşılaşma türkiyəli Cüneyt Çakıra həvalə edilib. Ona həmyerliləri Cem Satman və Tarık Onqun kömək edəcək.

Türkiyəli referi bununla Avropa futbol tarixində bir ilki gerçəkləşdirib. Belə ki, o, yarımfinalın ilk oyunları çərçivəsində “Mançester Siti” – “Real” görüşünün də baş hakimi olub. Çakır Çempionlar Liqası və Avropa Liqası da daxil olmaqla, UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərdə yarımfinal mərhələsinin həm ilk, həm də cavab görüşünə təyinat alan referi kimi tarixə düşüb.

Digər xəbərlər