QURBAN QURBANOVDAN YENİ REKORD

QURBAN QURBANOVDAN YENİ REKORD
Futbol
02 May 2016 - 20:51
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə yeni rekordçu kimi düşüb. O, ardıcıl 3 dəfə komandası ilə ölkə çempionu olan ilk məşqçi olub. Buna səbəb "Qarabağ"ın Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün çempionu olmaqla ardıcıl 3-cü dəfə qızıl medalları qazanmasıdır. Hər 3 zəfərin memarı olan Qurbanovadək heç bir məşqçi bunu bacarmamışdı. Ardıcıl 3 çempionluq əldə edən “Neftçi” isə 1 dəfə Arif Əsədov, 2 dəfə Böyükağa Hacıyevlə titula yiyələnib. Bunadək Kazbek Tuayev, Mehman Allahverdiyev, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Qurbanov ardıcıl 2 mövsüm çempion olmağı bacaran mütəxəssislər idi. Qurbanov seriyasını 3-ə çatdırmaqla şəriklərini arxada qoyub.

Ümumiyyətlə isə o, baş məşqçi kimi qazanılan qızıl medal sayında Hacıyevlə Allahverdiyevə çatıb – hərəsi 3 dəfə. “Üçlük” yalnız Ağasəlim Mircavadovla (5) Kazbek Tuayevdən (4) geri qalır. Digər 5 çalışdırıcı – Əhməd Ələsgərov, Qyoko Hacıyevski, Kaxaber Sxadadze, Valentin Xodukin və Arif Əsədovun hərəyə 1 uğuru var.

Azərbaycan çempionlarının baş məşqçiləri

1992. Əhməd Ələsgərov

1993. Ağasəlim Mircavadov

1993/94. Kazbek Tuayev

1994/95. Mehman Allahverdiyev

1995/96. Kazbek Tuayev

1996/97. Kazbek Tuayev

1997/98. Mehman Allahverdiyev

1998/99. Mehman Allahverdiyev

1999/2000. Ağasəlim Mircavadov

2000/01. Ağasəlim Mircavadov

2001/02. yarımçıq qalıb

2003/04. Kazbek Tuayev

2004/05. Ağasəlim Mircavadov

2005/06. Böyükağa Hacıyev

2006/07. Ağasəlim Mircavadov

2007/08. Valentin Xodukin

2008/09. Qyoko Hacievski

2009/10. Kaxaber Sxadadze

2010/11. Arif Əsədov

2011/12. Böyükağa Hacıyev

2012/13. Böyükağa Hacıyev

2013/14. Qurban Qurbanov

2014/15. Qurban Qurbanov

2015/16. Qurban Qurbanov

 

Digər xəbərlər