"ATLETİKO" "BAYERN"İ FİNALA BURAXMADI

"ATLETİKO" "BAYERN"İ FİNALA BURAXMADI
Futbol
04 May 2016 - 00:40
Supersport.Az-ın məlumatına görə, bu gün UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib.

Avrupa futbolunun bir nömrəli klub yarışında "Bayern" klubunu mübarizədən kənarlaşdıran "Atletiko" istəyinə çatıb. Əvvəlcə Almaniya komandasından Xavi Alonso 31-ci dəqiqədə hesabı açıb. Dörd dəqiqə sonra Tomas Müller penaltini qaçırıb. İkinci hissəyə "Atletiko" yaxşı başlayıb. Antoni Qrizman bərabərlik qolunu vurub. Buna görə də "Bayern" mərhələ adlamaq üçün üç qolla qalib gəlməli idi. Ancaq alman klubunun iki qol vurmağa gücü çatıb. Levandovski ikinci qolu vurub. 84-cü dəqiqədə "Atletiko"dan Fernando Torres penaltini qaçırıb. Ümumi hesab 2:2 olsa da, ispan klubu səfərdə fərqləndiyi üçün adını finala yazdırıb.

Bu gün isə "Real Madrid" - "Mançester Siti" qarşılaşması keçiriləcək.

Çempionlar Liqasının finalı 28 mayda İtaliyanın Milan şəhərinin "San Siro" stadionunda baş tutacaq.

Yarımfinal oyunlarının proqramı

3 may

22:45 "Bayern" Münxen (Almaniya) - "Atletiko" Madrid (İspaniya) 2-1

(ilk oyun 0-1)

Qollar: Xavi Alonso 31, Levandowski 74 - Antoni Qrizman 53. 

4 may

22:45 "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə) (0-0)

Digər xəbərlər