"MƏĞLUBİYYƏT OLANDA YATA BİLMİRƏM"

"MƏĞLUBİYYƏT OLANDA YATA BİLMİRƏM"
Futbol
02 May 2016 - 18:03
Supersport.Az-ın məlumatına görə, "Beşiktaş"ın müdafiəçisi "Yavru Kartal" jurnalına maraqlı açıqlama verib.

Braziliyalı futbolçu Marselo Gedes bildirib ki, məğlubiyyəti qəbulolunmazdır:

"Oyun vaxtı rəqiblərinin arxasınca qaçmaq məcburiyyətindəsən. Bir səhvə görə pis oyunçu damğası vurulur. Stoper hər saniyə oyunda olmalıdır. Bu mövqedə səhv etmək olmaz. Məğlub olanda səhərə qədər yatmamaq çox əzab verir. Bütün həftə oyuna hazırlaşırsan və 90 dəqiqə sonunda xoşagəlməz nəticənin acısı böyük olur. Ancaq peşəkarlıq odur ki, nəticə olmasa qarşıdakı oyunlara köklənəsən".

Digər xəbərlər