TÜRKİYƏLİ FUTBOL HAKİMİ OLİMPİADADA

TÜRKİYƏLİ FUTBOL HAKİMİ OLİMPİADADA
Futbol
02 May 2016 - 17:31
Supersport.Az-ın məlumatına görə, tanınmış türk hakim bu dəfə Braziliyada keçiriləcək Olimpiya Oyunlarına təyinat alıb.

FİFA-nın yaydığı xəbərə əsasən 5 avqustda keçiriləcək açılış mərasimindən iki öncə başlayacaq futbol qarşılaşmalarını idarə edəcək 18 hakim məlum olub.

Təcrübəli referi Cüneyt Çakır da onlar sırasındadır. Türkiyəli hakim 2015-də Çempionlar Liqası fianlını, 2014-də Dünya Kuboku, 2012-də Avropa çempionatı yarımfinalını, həmçinin Klubların Dünya çempionatı finalını idarə edib. 39 yaşlı Çakırın köməkçiləri Bahattin Duran ve Tarık Ongun olacaq.

Yeddi şəhərdə keçiriləcək olimpiadada futbol yarışının finalı, 2014-cü ildə Dünya Kubokunun da sahibinin müəyyənləşdiyi 200 min yerlik "Marakana" stadionunda baş tutacaq.

Digər xəbərlər