"İNTER"DƏN DİLİ QATLANAN FUTBOLÇUYLA BAĞLI AÇIQLAMA

"İNTER"DƏN DİLİ QATLANAN FUTBOLÇUYLA BAĞLI AÇIQLAMA
Futbol
02 May 2016 - 13:15

Məlum olduğu kimi, mayın 1-də keçirilən “İnter”-"Sunqayıt" matçında “İnter”in hücumçusu Rauf Əliyev ciddi zədə alıb. Həkim müayinəsi zamanı onun həyatı üçün təhlükə olmadığı müəyyən edilib. Ötən günü xəstəxanada keçirən Rauf Əliyev artıq evə buraxılıb və müalicəsini ambulator şəraitdə davam etdirəcək. Bu haqda klubun mətbuat xidmətindən məlumat verilib.


Qeyd edək ki, Rauf Əliyev uzatma dəqiqələrində rəqib futbolçunun zərbəsindən sonra sifətindən güclü zərbə alıb. Buna görə də meydançaya təcili yardım maşını çağırılıb və o, xəstəxanaya aparılıb.

Digər xəbərlər