TÜRKİYƏDƏ DÜNYA FUTBOLUNDA GÖRÜNMƏYƏN CƏZA

TÜRKİYƏDƏ DÜNYA FUTBOLUNDA GÖRÜNMƏYƏN CƏZA
Futbol
01 May 2016 - 14:47
KOMANDANIN AVTOBUSU QAÇIRILDI, TƏYYARƏ BİLETLƏRİ LƏĞV OLUNDU

Supersport.Az-ın məlumatına görə, Türkiyədə dünya futbolunda görünməyən hadisə baş verib.

İkinci liqanın 34-cü turunda "Tarsus İdmanyurdu" ilə səfər oyunda 1-1 bərabərə qalaraq üçüncü liqaya düşən "Qartalspor" gözlənilməz addımla üzləşib. Oyunun ardından klub prezidenti Taner Özdemir ilə bəzi oyunçular arasında paltardəyişmə otağında qalmaqal baş verib. Rəhbərlik komandanın avtobusunu qaçırıb, təyyarə biletlərini ləğv edib. Bu səbəbdən futbolçular başqa maşınlarla Adana Şakirpaşa hava limanına gediblər.

Dünyanın heç bir yerində belə bir hadisənin yaşanmadığını deyən "Qartalspor"un baş məşqçisi Sadəttin Dəmirtaş bu xəbəri təsdiq edib. O, bildirib ki, oyunun ardıdna komandada əsəbilik, söz atışması olub, rəhbərlik klubun avtobusunu aparıb, təyyarə biletlərini ləğv edib.

Klub başçısı Taner Özdemir isə komandasını dəstəkləmək üzrə Tarsusa gələn azarekşlərin oyunçularla eyni təyyarədə yer almaq istəməməsindən gərginlik yaşandığını və bəzi oyunçuların özləriylə birlikdə İstanbula dönəcəyini söyləyib (AA).

Digər xəbərlər