"BAZEL"İN 19-CU ÇEMPİONLUĞU

"BAZEL"İN 19-CU ÇEMPİONLUĞU
Futbol
01 May 2016 - 06:46



Supersport.Az-ın məlumatına görə, İsveçrə çempionatının başa çatmasına 5 tur qalmış qalib komanda məlum olub.

Lider "Bazel" öz meydanında "Syon"u 2:1 hesabı ilə məğlub edərək tarixində 19-cu dəfə birinci yeri tutub.

Bazel klubu 76 xalla ardıcıl 7-ci ildir ki, çempion adını qazanıb. Bu komandanın çempionluğunda böyük pay sahibi argentinalı Delqado bu mövsüm 35 oyunda 13 qol vurub, 16 effektli ötürmə verib.

"Yanq Boys" liderdən 16 xal geri qalır və ikincidir.



Digər xəbərlər