ZİDANDAN RONALDO VƏ BENZEMA AÇIQLAMASI

ZİDANDAN RONALDO VƏ BENZEMA AÇIQLAMASI
Futbol
01 May 2016 - 00:07
"ÜÇ GÜNDƏN BİR OYUN KEÇİRMƏK AĞIRDIR"

Supersport.Az-ın məlumatına görə, "Real Sosyedad"ı məğlub edən "Real Madrid"in baş məşqçisi Zinedin Zidan açıqlama verib.

"Çox şadam ki, çətin mövsüm keçirən, zədəsi sağalan Beyl yenidən meydana dönüb. O, 90 dəqiqə ərzində bütün gücünü ortaya qoya bilir və qol vurur. Mövsümün sonunda da Beyl bizim üçün çox vacibdir və mühüm oyunlarda qollar vurur.
Uşaqlar başa düşdülər ki, sona kimi döyüşmək lazımdır. Onların çalışmasından və qazanılan 3 xaldan razı qaldım. Biz işimizi yerinə yetirdik" - deyə, mütəxəssis bildirib.

Zidan, zədəli hücumçulardan Kriştiano Ronaldo və Kərim Benzemanın mayın 4-də Çempionlar Liqasının yarımfinalının cavab oyununda "Mançester Siti" ilə qarşılaşmada meydana çıxacağına ümid edir:

"Üç gündən bir oyun keçirmək ağırdır, 21 futbolçumuz var. Onlardan hər hansı biri istənilən vaxt meydana buraxıla bilərlər. İndi yaxşı istirahət etməliyik. Bundan sonra Çempionlar Liqasının oyununu düşünəcəyik. Ümid edirəm ki, Ronaldo və Benzema həmin oyuna kimi sıralarımız dönəcək" (espnfc).

Digər xəbərlər