"ATLETİKO" ZİRVƏYƏ QALXDI

"ATLETİKO" ZİRVƏYƏ QALXDI
Futbol
30 Aprel 2016 - 22:22
Supersport.Az-ın məlumatına görə, İspaniya çempionatının 36-cı turunda "Atletiko" "Rayo Valekano"nu məğlub edib.

Madrid klubunun qələbə qolunu 55-ci dəqiqədə hücumçu Antuan Qrizmann vurub. Fransız futbolcu 35 oyunda 21 dəfə fərqlənib.

Bu qələbə sayəsində xalını 85-ə çatdıran "Atletiko" liderliyə yüksəlib. "Real Madrid" (36 oyun, 84 xal) ikinci, "Barselona" (35 oyun, 82 xal) üçüncüdür.

Digər xəbərlər