ÇEMPİONLUQ MƏŞQÇİYƏ 6.7 MİLYON QAZANDIRACAQ

ÇEMPİONLUQ MƏŞQÇİYƏ 6.7 MİLYON QAZANDIRACAQ
Futbol
30 Aprel 2016 - 15:29
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının lideri "Lester Siti" bazar günü səfərdə "Mançester Yunayted"lə mühüm qarşılaşmaya çıxacaq.

"Tülkülər" qələbə qazanarsa, tarixində ilk dəfə çempionluğu bayram edəcək.

"The Times"ın məlumatına görə, bu baş verərsə, "Lester Siti"nin baş məşqçisi Kladuio Ranyeriyə 5 milyon funt-sterlinq mükafat veriləcək.

İtaliyalı mütəxəssis illik 1,5 milyon qazanır və müqaviləsində maraqlı məqam var. "Lester Siti" 18-ci pillədən yuxarıda qərarlaşdığı üçün hər yerə görə Ranyeriyə 100 min funt-sterlinq ödəyəcək. Bu o deməkdir ki, klub çempion olarsa, mütəxəssis əlavə 1,7 milyon qazanacaq.

 

Digər xəbərlər