"KƏPƏZ" VƏ AZAL QALİB GƏLDİ

"KƏPƏZ" VƏ AZAL QALİB GƏLDİ
Futbol
30 Aprel 2016 - 19:20
Bu gün Premyer Liqada 32-ci turun oyunlarına  start verilib.

Supersport.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında "Kəpəz" Gəncədə “Rəvan”ı qəbul edib. Meydan sahibi komanda çətinliklə qələbə qazanıb.

Günün digər oyununda Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Xəzər Lənkəran" AZAL-ın qonağı olub. Tərlan Əhmədovun komandası qalib gəlib.

Turun digər üç oyunu isə sabah keçiriləcək.

30 aprel (şənbə)

15:00.“Kəpəz” – “Rəvan” 3-2


Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Vüqar Bayramov, Mahir Məmmədov
Gəncə şəhər stadionu

17:30.AZAL – “Xəzər Lənkəran” 1-0


Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AZAL Arena

1 may (bazar)

16:30.“Qəbələ” – “Neftçi”


Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov
Qəbələ şəhər stadionu

19:00 .“Zirə” – “Qarabağ”


Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov
Zirə İdman Kompleksinin stadionu

16:00.“İnter” – “Sumqayıt”
Hakimlər:
Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov
“İnter Arena”
























































































































NKlublarOQHMT-FX
1Qarabağ31226357-1972
2Zirə31179539-2260
3İnter311310828-2149
4Kəpəz321310839-3352
5Qəbələ311310836-2449
6AZAL311261323-2942
7Neftçi311091229-3339
8Sumqayıt316111432-4329
9Xəzər Lənkəran31352312-4014
10Rəvan32481920-5014

Bombardirlər:
Nelson Bonilla ("Zirə") - 14 qol
Dani ("Qarabağ") - 11 qol
Ruslan Qurbanov ("Neftçi") -10 qol
Riçard Almeyda ("Qarabağ") - 9 qol

Digər xəbərlər