ZAUR SVANADZE: "AZARKEŞLƏRİMİZ QARŞISINDA BƏRAƏT QAZANMAĞA ÇALIŞACAĞIQ"

ZAUR SVANADZE: "AZARKEŞLƏRİMİZ QARŞISINDA BƏRAƏT QAZANMAĞA ÇALIŞACAĞIQ"
Futbol
29 Aprel 2016 - 21:51
İnter”in baş məşqçisi Zaur Svanadze saytımıza açıqlamasında komandamızın “Sumqayıt”la oyuna hazırlaşmasından danışıb.


Supersport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt”la oyuna hazırlıq prosesi normal keçir. İndi biz daha çox çempionat oyunlarına köklənmişik və qarşıdakı tur “Qarabağ”la keçirdiyimiz son ağır oyundan sonra azarkeşlərimiz qarşısında bəraət qazanmağa çalışacağıq. “Sumqayıt” yaxşı komandadır və bizi gərgin matç gözlədiyini anlayırıq".


Təcrübəli mütəxəssis komandanın zədəlilərindən danışıb:


"Sezar Meza Kollinin və Kamran Ağayevin “Sumqayıt”la oyuna çıxmaları hələlik sual altındadır. Fuad Bayramov qırmızı vərəqə aldığından meydana çıxa bilməyəcək. Nizami Hacıyev, İlkin Qırtımov və Elnur Abdullayev zədəlidirlər".

 

Digər xəbərlər