BLATTER VƏ PLATİNİ MƏHKƏMƏDƏ - ŞƏKİLLƏR

BLATTER VƏ PLATİNİ MƏHKƏMƏDƏ - ŞƏKİLLƏR
Futbol
29 Aprel 2016 - 20:56
FİFA tərəfindən futboldan altı il müddətə qovulan UEFA-nın keçmiş rəhbəri Mişel Platini İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmişdi.

Supersport.Az-ın məlumatıan görə, buna görə də İsveçrənin Lozanna şəhərində məhkəmə başlayıb.

Proses mətbuata qapalıdır. Məhkəmədə Mişel Platini ilə yanaşı FİFA-nın keçmiş prezidenti Zepp Blatter də iştirak edir. O, şahid kimi dindilir.

Platini, məhkəmədən əvvəl jurnalistlərə açıqlamasında belə deyib: "Bu gün finaldır. Ümid edirəm ki, nəticə müsbət olacaq".

CAS-ın Platini haqda son qərarı gələn həftə verəcəyi gözlənilir.

Xatırladaq ki, Blatter Platinyə 2 milyon İsveçrə frankı (1.8 milyon avro) rüşvət verməkdə günahlandırılır. Bu səbəbdən hər ikisi 8 il müddətinə futboldan qovulmuşdu. FİFA Arbitraj Məhkəməsi Platininin cəzasını 6 il müddətinə endirsə də, o, buna etiraz olaraq CAS-a müraciət etmişdi.

platini2

Platini0

blatter2

Blatter0

Blat

Digər xəbərlər