RONALDODAN BƏD XƏBƏR

RONALDODAN BƏD XƏBƏR
Futbol
28 Aprel 2016 - 21:23
Supersport.Az-ın məlumatına görə, ulduz futbolçu Kriştiano Ronaldonun zədəsinin ciddi olduğu məlum olub.

Portuqaliyalı oyunçu, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Real Madrid"in İngiltərədə "Mançester Siti" ilə qarşılaşmasını buraxmalı olmuşdu. Ronaldonun cavab görüşündə də iştirakı sual altındadır.

"Real Madrid"in mayın 8-də "Valensiya"ya qarşı oyunu buraxacaq. Ronaldonun böyük ehtimalla Çempionlar Liqasının finalına saxlanacağı bildirilir.

Bu mövsüm 44 matçda 47 qol vurub və 15 effektli ötürmə verən Kriştiano, komandanın əsas silahı hesab olunur.

Digər xəbərlər