HAKİMDƏN "QƏBƏLƏ" ƏLEYHİNƏ BİABIRÇI QƏRAR - VİDEO

HAKİMDƏN "QƏBƏLƏ" ƏLEYHİNƏ BİABIRÇI QƏRAR - VİDEO
Futbol, Video
28 Aprel 2016 - 00:15
Azərbaycan kubokunun yarımfinal mərhələsində bu gün keçirilən "Neftçi" - "Qəbələ" ilk oyununda (1:1) FİFA referisi Əliyar Ağayev kobud səhvə yol verib.

Supersport.Az-ın məlumatına görə, matçında 74-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Aleksey Qay qapıçı ilə təkbətək epizodda olarkən "Neftçi"nin qolkiperi Aqil Məmmədov ona qarşı kobudluq edib. Oyunun videosundan göründüyü kimi həmin epizodda penalti olsa da, hakim səhv qərar verib.

"Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk oyundan sonra hakimlikdən ciddi narazılıq edib.


 

 

 

 

 

 

 

Digər xəbərlər