RƏŞAD SADIQOV: "DEYİRLƏR Kİ, BİZİ ORA BURAXMAYACAQLAR" - VİDEO

RƏŞAD SADIQOV: "DEYİRLƏR Kİ, BİZİ ORA BURAXMAYACAQLAR" - VİDEO
Futbol, Video
27 Aprel 2016 - 21:39
Supersport.Az "İnter"lə oyunun ardından "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun fikirlərini videogörüntüyə alıb.
Təcrübəli futbolçu, ordumuza dəstək verib:

"Cәbhәdә vәziyyәt gәrgindir. Әsgәrlәrimiz bilsin ki, biz onlarlayıq. Çünki bütün fikrimizi ora yönәltmişik. Hәr zaman yanlarında olmağa hazırıq. Biz bunu söz kimi demirik. Sözümüzün dә arxasında durmağa hazırıq. Uşaqlarla danışmışıq vә cәbhә bölgәsindәki hәrbi hissәlәrdәn birinә getmәk istәyirik. Amma gәrginlik olduğu üçün deyirlәr ki, bizi ora buraxmayacaqlar. Amma imkan olan kimi yollanacağıq. Bu barәdә fikrimiz var. Legionerlәrimizә dә durum haqqında mәlumat veririk. Onlar da vәziyyәtdәn xәbәrdardırlar".

Digər xəbərlər