"ÇEMPİONLAR LİQASI KUBOKUNU QAZANMASAQ, İŞİMİZ YARIMÇIQ SAYILACAQ"

"ÇEMPİONLAR LİQASI KUBOKUNU QAZANMASAQ, İŞİMİZ YARIMÇIQ SAYILACAQ"
Futbol
27 Aprel 2016 - 11:24
Supersport.Az-ın məlumatına görə, "Atletiko" ilə oyun əvvəli "Bayern"in baş məşqçisi Pep Qvardiola açıqlama verib.

"Atletiko" son illər "Barselona" və "Real Madrid" ilə eyni səviyyədə oynayır. Fikrimcə, bu rəqibin azandığı ən böyük uğurdur. Qarşıda gərgin, maraqlı və hər iki komanda üçün ağır oyun olacaq.
5 ildir komandalarım "Atletiko"ya qarşı oynamır. Amma rəqib çox yaxşı müdafiə olunur. "Atletiko" təcrübəli, usta futbolçulardan təşkil olunub, güclü pressinq, çox az səhv edirlər, etibarlı müdafiəyə malikdirlər və sürətli əks-hücuma keçirlər. 4 ildir La Liga çempionluğu uğrunda mübarizə aparırlar".

Mütəxəssis Çempionlar Liqasının qalibi olmağın vacibliyini qeyd edib:

"Komandamız Çempionlar Liqasında son illər üç dəfə finalda oynayıb. Münxendə bizə deyilib ki, bu mövsüm Çempionlar Liqası Kubokunu qazanmasaq, işimiz yarımçıq sayılacaq. Mən də bu fikirlə razıyam".

Digər xəbərlər