"ATLETİKO"NUN BAŞ MƏŞQÇİSİ: "AĞILLI FUTBOL NÜMAYİŞ ETDİRMƏLİYİK"

"ATLETİKO"NUN BAŞ MƏŞQÇİSİ: "AĞILLI FUTBOL NÜMAYİŞ ETDİRMƏLİYİK"
Futbol
27 Aprel 2016 - 11:06
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu ərəfəsində "Atletiko" Madrid klubunun baş məşqçisi Dieqo Simeone, "Bayern"i dəyərləndirib.

Təcrübəli mütəxəssis yalnız qələbə qazanmağı düşündüklərini bildirib:

"Bayern"lə oyunda komandamız ağıllı futbol nümayiş etdirməli və qalib gəlməlidir. Mərhələ adlamaq üçün etibarlı müdafiə kifayət etmir, qollar da vurmalıyıq. Qarşılaşmada buna da nail olmalıyıq. Yeganə məqsəd qələbədir. Ancaq yaddan çıxarmayaq ki, rəqibin həm baş məşqçisi, həm də futbolcuları daim inkişafdadır. Bizi çox çətin oyun gözləyir. Bununla belə istədiyimiz nəticəni qazanmağa çalışacağıq".

Digər xəbərlər