QƏHRƏMANLAR VƏTƏNDƏ COŞQUYLA QARŞILANDI - ŞƏKİLLƏR

QƏHRƏMANLAR VƏTƏNDƏ COŞQUYLA QARŞILANDI - ŞƏKİLLƏR
Digər, Cüdo
26 Aprel 2016 - 21:05
Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız Vətənə dönüblər.

Heydər Əliyev adına Binə Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş idmançılarımızı böyük coşqu ilə qarşılayıblar. Cüdoçuların şəninə müxtəlif şüarlar səsləndirilib.

Qeyd edək ki, Kazanda təşkil olunan Avropa çempionatında cüdoçularımızdan Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (60 kq) isə gümüş medal qazanıb. Komanda yarışlarında isə cüdoçularımız tarixdə ilk dəfə bürünc medala sahib olublar.

3621

 

Digər xəbərlər