"NEFTÇİ"YLƏ OYUN ƏRƏFƏSİNDƏ "QƏBƏLƏ"DƏ İTKİ

"NEFTÇİ"YLƏ OYUN ƏRƏFƏSİNDƏ "QƏBƏLƏ"DƏ İTKİ
Futbol
26 Aprel 2016 - 11:28
Qəbələ klubu Azərbaycan kubokunun 1/2 final oyununun hazırlıqlarına start verib. "Qırmızı-qaralar" "Neftçi" ilə aprelin 27-də keçiriləcək səfər oyununa Bakıda hazırlaşır.

Premyer Liqanın XXXI turunun "Xəzər Lənkəran"la səfər matçından (1:0) sonra fasiləsiz hazırlıq keçən komanda dünən növbəti məşqini gerçəkləşdirib. “Qırmızı-qaralar” günün ilk yarısında baş tutan məşqdə iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənibsə, digər oyunçular topla çalışıb. Sabahkı məşq prosesi də iki qrup üzrə aparılacaq. Birincilər fiziki hazırlıq keçəcək, digərləri meydanda tapşırıqları yerinə yetirəcək.

"Qəbələ"nin zədəli futbolçularından Vojislav Stankoviç dünəndən komanda ilə məşq keçibsə, Rafael Santos bu gün kollektiv çalışmalara qatılacaq. Dodo, Ermin Zets, Sergey Zenyov, Ruslan Abışov və Vadim Abdullayev isə fərdi hazırlıq keçir.

Xatırladaq ki, aprelin 27-də baş tutacaq "Neftçi" - "Qəbələ" oyunu 8-ci km stadionunda keçiriləcək.

Digər xəbərlər