FERNANDO ALONSO: "ÇEMPİON OLA BİLƏCƏYİM KOMANDADAYAM"

FERNANDO ALONSO: "ÇEMPİON OLA BİLƏCƏYİM KOMANDADAYAM"
Digər, Formula-1
25 Aprel 2016 - 21:49


2014-cü ildə Ferrari-dən ayrılaraq McLaren Honda-ya keçidindən bəri ən yaxşı halda 5-ci yer tutan Fernando Alonso komandasına hələ də inanır.


Supersport.Az-ın F-1.az-a istinadən xəbər verir ki, sürücü komandanın inkişafda olduğundan əmindir: “2014-cü ildə Ferrari ilə podium üçün mübarizə aparmaq çətin idi. Beş il ərzində çempionluq şansını 2 dəfə son yarışa qədər saxladıq. Amma mən orda olduğum müddətdə komandada heç bir inkişaf görmədim. Ferrari yaxşı və böyük komandadır. Amma çempionluğa namizəd deyildi.

Fettel yaxşı yerdədir. Özü də gənc və motivasiyalıdır. Sürdüyü maşın Mercedes-lərə ən yaxın maşındı. İndi Formula1 elədir ki, ancaq və ancaq Mercedes, Ferrari, Renault və McLaren Honda kimi zavod komandaları çempion ola bilər. Digər komandaların belə şansı yoxdur”.

Digər xəbərlər