"QOCA SİNYORA"NIN ARDICIL 5-Cİ ÇEMPİONLUĞU

"QOCA SİNYORA"NIN ARDICIL 5-Cİ ÇEMPİONLUĞU
Futbol
25 Aprel 2016 - 20:52
Turinlilər ardıcıl 5-ci dəfə skudettonu qazanıblar.

“Yuventus” İtaliya çempionatının sonuna üç tur qalmış çempionluğu təmin edib.

Supersport.Az xəbər verir ki, “qoca sinyora”nın ən yaxın izləyicisi “Napoli” bu gün İtaliya A seriyasının 35-ci turunda səfərdə “Roma”ya minimal hesabla məğlub olub.

Bununla da “Napoli”nin turnir lideri “Yuventus”a çatmaq üçün heç bir şansı qalmayıb.

“Napoli”nin 73, turinlilərin isə 12 xal çox - 85 xalları var. Üçüncü yerdə “Roma” qərarlaşıb (71 xal).

Qeyd edək ki, “Yuventus” 32-ci dəfə İtaliya çempionu olmaqla, öz şəxsi rekordunu təzələyib. Turinlilər həmçinin ardıcıl 5-ci dəfədir ki skudettonu qazanırlar.

Digər xəbərlər