"FUTBOLÇU OLMASAYDIM, QATİL OLARDIM"

"FUTBOLÇU OLMASAYDIM, QATİL OLARDIM"
Futbol
25 Aprel 2016 - 19:34
Supersport.Az-ın məlumatına görə, tanınmış futbolçu belə deyib.

Karyerası ərzində "Flamenqo", "Malyorka", "Fiorentina", "Yuventus", "Qalatasaray"da çıxış edən, hazırda "İnter"in formasını geyinən Felipe Melo maraqlı fikirlər bildirib.

32 yaşlı braziliyalı yarımmüdafiəçi deyib ki, futbolçu olmasaydı, qatil olardı:

"Narkotik maddələr və silahların çox olduğu təhlükəli bir yerdə böyümüşəm. Mən arzumu reallaşdırmaqda israrlıydım və həmin mühitdən uzaqlaşmağa qərar verdim. Bəzən idmanla məşğul olmaq üçün başqa yerlərə gedirdim və dönən zaman bəzi yoldaşlarımın öldüyünü görürdüm. Ya futbolçu olacaqdım, ya da qatil. Futbolçu olaraq fərqli bir həyata başladım".

İtaliyanın "Sky Sport"una açıqlamasında Allaha şükür edən Melo sözlərini belə bitirib:

"Həyat yoldaşımla tanış olduqdan sonra sanki başqa bir Melo doğuldu. O, mənim üçün hər zaman həyatımı və maaşımı paylaşdığım biri oldu. İndi üç övladımız var və ailəm mən ən böyük qazancımdır. Allahdan sonra mənim üçün ən vacib olan onlardır. Hər uğur qazanan kişinin arxasında bir qadın olduğu deyilir. Məncə qadın hər zaman öndə, kişi onun arxasındadır".

Digər xəbərlər