"RƏVAN" 30-A ÇATDI

"RƏVAN" 30-A ÇATDI
Futbol
25 Aprel 2016 - 13:10
Premyer Liqanın 31-ci turunun AZAL-la ev oyunu “Rəvan” üçün tarixi qələbə ilə əlamətdar olub.

Supersport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, paytaxt klubu ölkə çempionatlarının yüksək dəstəsində 30-cu qələbəsini əldə edib.

1:0 hesabı ilə qalib gələn Bəhmən Həsənovun komandası Premyer Liqadakı 131-ci oyunda 30-cu dəfə 3 xal əldə edib.

Komandanın hesabında 33 heç-heçə və 68 məğlubiyyət də var. “Rəvan” 4 mövsüm ərzində 127 qol vurub, 206-nı buraxıb. Bakılılar 30 qələbədən 18-ni evdə, 12-ni səfərdə əldə edib.

“Sarı-qırmızılar” qələbə sayında Azərbaycan çempionatları tarixinin 28-ci komandasıdır.

Digər xəbərlər