AZƏRBAYCAN İDMANÇILARINDAN RUSİYADA ƏSGƏR SALAMI

AZƏRBAYCAN İDMANÇILARINDAN RUSİYADA ƏSGƏR SALAMI
Digər
25 Aprel 2016 - 00:25
MİLLİMİZ FRANSANI MƏĞLUB ETDİ

Tatarıstan paytaxtı Kazanda cüdoçuların komanda üzrə Avropa çempionatı ölkəmiz üçün uğurlu olub.

Supersport.Az-ın məlumatına görə, şəxsi yarışda nailiyyət əldə etdiyi üçün bu rəqabətə qatılmaq hüququ qazanan millimiz "D" qrupunda ilk görüşdə Latviyaya 4:1 hesabı qalib gəlib.

Növbəti qarşılaşmada gözlənilmədən 2:3 Polşa komandasına uduzan Peter Zayzenbaxerin rəhbərlik etdiyi yığmamız, təsəlliverici matçda Yunanıstanı 3:2 məğlub edib.

Bürünc medallar uğrunda mübarizədə Fransa kollektivi ilə üz-üzə gələn milli komandamız rəqibini üstələyərək, komandalararası Avropa çempionatının bürünc medalını qazanıb - 3:2.

Yığmamız tarixi qələbəni şəhidlərimizin xatirəsinə həsr edib. Qəhrəman idmançılarımız Rusiyada fəxri kürsüdə hamının önündə əsgər salamı veriblər.

Digər xəbərlər