GÜLƏŞÇİMİZ YAY OLİMPİYA OYUNLARINA VƏSİQƏ QAZANDI - VİDEO

GÜLƏŞÇİMİZ YAY OLİMPİYA OYUNLARINA VƏSİQƏ QAZANDI - VİDEO
Futbol, Digər, Güləş, Video
24 Aprel 2016 - 12:06
Turnir Ulan-Batorda keçirilir.

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri davam edir.

Supersport.Az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, turnirin son günündə sərbəst güləşçilər mübarizə aparır.

Bu gün 57 kq çəki dərəcəsində tatami üzərinə Mircəlal Həsənzadə çıxıb. O, ilk olaraq quamlı Ethan Tomapa ilə qarşılaşıb və rəqibini 10:0 hesabı ilə məğlub edib. Güləşçimizin 1/4 finalda rəqibi moldovalı Alexandru Çirtoaco olub. Bu qarşılaşma da, idmançımızın eynihesablı qələbəsi ilə (10:0) başa çatıb. Mircəlal Həsənzadə yarımfinal mərhələsində hindistanlı Santip Tomarla üz-üzə gəlib və ondan üstün olaraq finala, eyni zamanda Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

57 kq
1/8 final - Mircəlal Həsənzadə - Ethan Tomapa (Guam) 10:0
1/4 final - Mircəlal Həsənzadə - Aleksandru Chirtoaca (MDA) 10:0
1/2 final - Mircəlal Həsənzadə - Sandip Tomar (IND) 8*:8

Qeyd edək ki, Qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi olimpiadaya vəsiqəni təmin edir. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır.

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.


 

 

 

 

 

 

Digər xəbərlər