"PSJ"DƏN QIZIL DUBL - VİDEO

"PSJ"DƏN QIZIL DUBL - VİDEO
Futbol, Video
24 Aprel 2016 - 11:56
Fransa Liqa kubokunda final matçı keçirilib.


Supersport.Az xəbər verir ki, həlledici oyunda PSJ "Lill"lə qarşılaşıb. "Stad de Frans"da keçirilən oyunda hesabı parislilər açıb. Pastore matçın 40-cı dəqiqəsində PSJ-ni önə keçirən qola imza atıb. "Lill" oyunun 49-cu dəqiqəsində Sidibenin qoluyla tarazlığı bərpa edib. Matçın 74-cü dəqiqəsində Di Maria PSJ-yə qələbə, həm də Liqa kubokunu qazandıran qola imza atıb.


"Lill" - PSJ 1:2

Qollar: Sidibe, 49 - Pastore, 40. Di Maria, 74.


 

Digər xəbərlər