"BARSELONA"DAN NÖVBƏTİ DARMADAĞIN: 6 QOL, 3 PENALTİ, 1 QIRMIZI

"BARSELONA"DAN NÖVBƏTİ DARMADAĞIN: 6 QOL, 3 PENALTİ, 1 QIRMIZI
Futbol, Digər
24 Aprel 2016 - 01:23



İspaniya çempionatının lideri bu dəfə rəqibinin qapısına 6 cavabsız qol vurub.

Birinci pillədə qərarlaşan "Barselona" autsayder "Sportinq" Giyon klubunu darmadağın edib. Bu dəfə də oyunun qəhrəmanı uruqvaylı Luis Suares olub. Ötən tur 4 qol vuran futbolçu yenə də bu sayda fərqlənib.

Bu oyunda "Barsa"nın lehinə üç penalti verilib və komanda mövsümdə 18-ci penaltisini vuraraq rekord vurub.

Arda Turan 75-ci dəqiqədə meydana daxil olub.

Oyuna gəlincə, Lionel Messi 13-cü dəqiqədə hesabı açıb. 63-cü dəqiqədə Luis Suares ikinci qolu vurub. 74 və 77-ci dəqiqələrdə uruqvaylı futbolçu penaltidən fərqlənib. Oyunun başa çatmasına beş dəqiqə qalmış bosniyalı Ognyen Vranyesin qırımızı vərəqə aldığı epizod sonrası braziliyalı Neymar penaltidən hesabı 5:0-a çatdırıb. 88-ci dəqiqədə Suares özünün 4-cü, komandasının 6-cı qolunu vurub. Uruqvaylı futbolçu son iki turda ümumilikdə 8 dəfə qapılara yol tapıb.

"Barselona" və "Atletiko" Madrid 82 xalla ilk iki yeri bölüşdürür. "Real Madrid" 81 xalla ikincidir.

 


Digər xəbərlər