ALEKS SOUZA: "MƏŞQÇİLİYƏ HAZIR DEYİLƏM"

ALEKS SOUZA: "MƏŞQÇİLİYƏ HAZIR DEYİLƏM"
Futbol, Digər
23 Aprel 2016 - 12:05
Supersport.Az-ın məlumatına görə, "Fənərbağça"nın keçmiş ulduzu Aleks de Souza fikirlərini bildirib.

2004-2012-ci illərdə Türkiyə klubunun uğurları üçün çalışan braziliyalı futbolçu, jurnalistin "Məşqçi olmağı düşünürsünüzmü" sualını belə cavablandırıb:

"Futbolçu kimi təcrübə qazanmışam. Ancaq düzünü deyim ki, indi məşqçiliyə hazır deyiləm. Komandanın məşqçisinin üzərinə bir sıra məsuliyyətlər düşür: idarəçilik, problemləri həll etmək, inkişaf üçün yeni yollar axtarmaq.
Bir daha təkrar edirəm ki, buna hazır deyiləm".

Qeyd edək ki, 2014-cü ilin dekabrında "Koritiba"da çıxış edən Aleks, futbol karyerasını başa vurub.

Digər xəbərlər