"FƏNƏRBAĞÇA"DAN LÖVƏ 12 MİLYON

"FƏNƏRBAĞÇA"DAN LÖVƏ 12 MİLYON
Futbol, Digər
23 Aprel 2016 - 07:21
Almaniya milli komandasının baş məşqçisi Yoaxim Lövün ölkəsinin mətbuatına fikir bildirməsi "Fənərbağça" rəhbərliyini hərəkətə keçirib.

Mütəxəssisin "10 ildir Almaniya yığmasındayam. Artıq Avropada bir klub çalışdırmaq istəyirəm" açıqlaması Türkiyə klubunun prezidenti Əziz Yıldırımı daha da sevindirib.

Löv Almaniya seçmə komandasında illik 2.7 milyon avro qazanır. "Fənərbağça"nın mütəxəssisə 3 illik müqavilə və 12 milyon avro təklif edəcəyi haqda məlumat yayılıb.

Klub çempion olarsa və Avropa yarışlarında uğur əldə etsə, mükafatlar da olacaq.

Əziz Yıldırımın çempionat bitmədən Lövlə görüşəcəyi bildirilir.

Digər xəbərlər